Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bölgələrdə vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, qəbul iyun ayının 22-də Şirvan şəhərində baş tutacaq. Qəbulda Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, İmişli, Zərdab, Cəbrayıl, Saatlı rayonlarının sakinləri iştirak edə biləcəklər.