Macarıstanda Gənc Alimlərin III Beynəlxalq Elmi Konfransı təşkil edildi - Fotolar Macarıstanın Gödöllö şəhərində fəaliyyət göstərən və bu ölkənin nüfuzlu ali məktəblərindən biri hesab olunan Sent İştvan Universitetinin doktorantı Raqif Hüseynovun təşəbbüsü və Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin, Sent İştvan Universitetinin və Varşava Təbiət Elmləri Universitetinin birgə təşkilatçılığı ilə bu təhsil ocağında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Davamlı regional inkişaf” mövzusunda Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransı təşkil edilib. 28.04.18
Bişkekdə “Heydər Əliyev. Hakimiyyət və Şəxsiyyət” tədbirİ - Foto Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində ölkəmizin Qırğızıstandakı səfirliyi və bu ölkənin Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) birgə təşkilatçılığı ilə “Heydər Əliyev. Hakimiyyət və Şəxsiyyət” adlı “dəyirmi masa” keçirilib. 26.04.18
Tələbələrə akademik Akif Əlizadə adına təqaüd veriləcək - Fotolar Dünən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadəyə universitetin fəxri professoru diplomunun təqdim edilməsi ilə bağlı mərasim keçirilib.
26.04.18
"İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi" - Fotolar Dünən Müəllif Hüquqları Agentliyinin (MHA), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) birgə təşkilatçılığı ilə "İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi" mövzusunda "dəyirmi masa" keçirilib. 24.04.18
ADPU-da Yunus Əmrəylə bağlı elmi konfrans - Foto Aprelin 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Türkiyə Respublikasının Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə “Yuxarı ellərdə səyyah bir dərviş: Yunis Əmrə” mövzusunda elmi konfrans keçirilib. 24.04.18
“Odlar Yurdu” Gənclər İctimai Birliyi layihələrini davam etdirir - Foto “Odlar Yurdu” Gənclər İctimai Birliyinin 2018-ci il üçün planlaşdırılmış fəaliyyət istiqamətlərindən biri olan “Gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi” çərçivəsində “Mini MBA-Hər kəs üçün” proqramı həyata keçirilib. 2 fevral - Gənclər günündə icrasına başlanan layihə artıq yekunlaşıb, iştirakçıları təltif edilib. 23.04.18
Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirildi - Fotolar Aprelin 20-də“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin dəstəyi ilə Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi tərəfindən təşkil edilən Əməkdar İncəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə ilə “Həyat bir nərdivandır” adlı görüş keçirilib.
21.04.18
Bakıda türkiyəli xanım rəssamların sərgisi açıldı - Fotolar Aprelin 19-da Müasir İncəsənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqı və Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşavirliyinin təşkilatçılığı ilə türkiyəli xanım rəssamların əsərlərindən ibarət sərgi açılıb. 20.04.18
Sabir Quliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans - Foto Aprelin 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və gənclərin çağırışaqədər hazırlıq fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə görkəmli alim-pedaqoq, pedaqoji elmlər doktoru, professor Sabir Quliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans və “Musiqi pedaqogikasına həsr olunmuş şərəfli ömür” kitabının təqdimatı keçirilib. 20.04.18
Beynəlxalq Trabzon Ədəbiyyat Festivalı uğurla davam edir - Fotolar Türkiyədə gerçəkləşdirilən nüfuzlu ədəbi-mədəni tədbirlər sırasında öz dəyərli yerini almış Beynəlxalq Trabzon Ədəbiyyat Festivalı (UTEF) ilk dəfə Qaradəniz Yazarlar Birliyi dərnəyinin başqanı Əsma Ala Türkmən tərəfindən 2014-cü ilin 20-26 oktyabrında "Tarix və Məkan" mövzusu ilə Ortahisar, Akçaabat və Tonyada keçirilib. 18.04.18
TÜRKSOY Anarın 80 illiyini Ankarada qeyd etdi - Fotolar Türkiyədə Azərbaycanın Xalq yazıçısı, görkəmli ictimai xadim və ədib, Yazıçılar Birliyinin sədri Anarın 80 illik yubileyi münasibətilə silsilə tədbirlər davam edir. 17.04.18
BDU-nun Filologiya fakültəsində Anarın “Ustad dərsi” - Fotolar Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Söz” Yaradıcılıq Birliyinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın anadan olmasının 80 illik yubileyinə həsr edilmiş “ustad dərsi” keçirilib. 13.04.18
Keçmiş olsun, əziz Əsəd Kabaklı! - Fotolar Son zamanlar Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinə önəmli töhfələr verən türk xalq musiqisi sənətçisi Əsəd Kabaklı aprelin 10-da Burdurun Qaramanlı ilçəsində keçirdiyi avtomobil qəzasında yaralanıb. 11.04.18
Türk Şurası nümayəndə heyəti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda - Foto Beynəlxalq müşahidə missiyası çərçivəsində Bakıda olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibinin müavini Ömər Kocamanın başçılıq etdiyi Şura Katibliyinin ekspertlərindən ibarət nümayəndə heyəti ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib. 10.04.18
Bişkekdə Mir Cəlalın 110 illik yubileyi qeyd edildi - Fotolar Azərbaycanın Qırğızıstandakı səfirliyi bu ölkənin Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə Bişkekdəki Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan yazıçısı, alim, pedaqoq Mir Cəlal Paşayevin 110 illiyi münasibətilə təntənəli yubiley gecəsi və qala-konsert keçirib. 06.04.18
Prezident turizm və səyahətlər sərgisində - Fotolar Bu gün XVII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisini (AITF-2018) ziyarət edən dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə pavilyonu ilə də tanış olublar.
06.04.18
Bolqarıstanda Qara Qarayevin 100 illik yubileyi qeyd olundu - Fotolar Bolqarıstanın Ruse şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Ruse İncəsənət Qalereyasının birgə təşkilatçılığı ilə “Mart musiqi günləri” beynəlxalq festivalı çərçivəsində dahi bəstəkar Qara Qarayevin həyat və yaradıcılığından bəhs edən fotosərgi keçirilib. 03.04.18