“Ürəyində arzu tut” - Fotolar - Video “Xalqımızın tarixinə qanlı hərflərlə yazılan bir neçə hadisə var. Bunlardan biri də Xocalı soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilmiş bu faciənin nəticələri millətin tarixində sağalmaz yaralar açıb. 25.02.19
Aktauda “Xocalıya Ədalət” çağırışı - Video İKT Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi, Heydər Əliyev fondunun vitse-prezidenti və Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kompaniyası çərçivəsində Aktau şəhərində yaşayan gənclər aksiya keçiriblər. 25.02.19
DTX İkram Rəhimovun həbsi ilə bağlı əlavə məlumat yaydı - Video Ötən illər ərzində ayrı-ayrı şəxslər barəsində böhtan xarakterli və rüsvayedici məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olan müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırılıb, ölkə ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən şəxslərin silsilə hüquqazidd fəaliyyətlərinin qarşısının alınması üçün qanunla müəyyən olunan tədbirlər görülüb.
12.02.19
Əli Abdalov Mehman Hüseynovla barışdı - Video Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalov həbsdə olan bloqqer Mehman Hüseynovla barışıb. 22.01.19
Sabaha sevgiylə - Fotolar - Video Adama elə gəlir ki, bütün bayramlar uşaqlıqda qaldı... “Sevinc” sözü də uşaqlıqla, balacalarla assosiasiya yaradır. 05.01.19
Türkiyə və Azərbaycan məktəbləri dostlaşdı - Fotolar - Video “Oğlum Azad və sinif yoldaşları Ərzincandakı bir məktəblə “məktub dostluğu”na başlamışdı. Evdə Azadın bu məktublaşmadan necə sevindiyini görüb, Azərbaycanla da belə bir layihənin gerçəkləşə biləcəyini düşündüm. Oğlumun müəllimi Yasemin Özkan Erdoğanla mövzu ilə bağlı danışdım. Amma içimdə özümü mənfi cavaba da hazırlamışdım. “Çok muhteşem olur. Çok mutlu olurum" - müəllimə söylədi”. 04.01.19
"Səni deyirlər" Vaşinqtonda: azərbaycanlı cütlüyün sevgi hekayəsi - Video Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda yaşayan tanınmış aparıcı Aynur Talıbova öz "Youtube" kanalında yayımladığı "Amerika gündəliyi" verilişində kampaniya şəklini almış "Səni deyirlər" mahnısından danışıb. 24.09.18
Bakıda avtobus sürücüsü sükan arxasında yatdı - Video Bakıda avtobusda sərnişinlər təhlükəli anlar yaşayıblar. Trend-in məlumatına görə, buna səbəb 39 nömrəli avtobusun sürücüsünün özünü qəribə aparçası olub. Sərnişinlərdən biri isə həmin anları videoya çəkib.
Belə ki, görüntülərdən göründyü kimi, sürücü sanki sükan arxasında yataraq avtobusu idarə edir.
Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məsələyə aydınlıq gətirib. M.Ağayev bildirib ki, sözügedən avtobusun sürücüsü sükan arxasında yuxulayıb:
"39 nömrəli müntəzəm marşrut xəttində sürücünün sükan arxasında yuxulaması ilə bağlı videogörüntü BNA tərəfindən nəzarətə götürülərək araşdırılıb. Daşıyıcı agentliyə çağırılıb və bu cür xoşagəlməz halların təkrarlanmaması ilə bağlı ciddi xəbərdarlıq edilib.
Bildirilib ki, bundan sonra fəaliyyətində sərnişindaşıma tələblərinə uyğun olmayan hal olacağı təqdirdə daşıyıcı ilə marşrut xəttinin istismarına dair bağlanan müqavilələr ləvğ ediləcək”.
BNA rəsmisi əlavə edib ki, müntəzəm marşrut xətti üzrə daşıyıcılar sürücülərin iş və istirahət saatı ilə bağlı qaydalara ciddi şəkildə əməl etməlidirlər:
“Hazırda müntəzəm marşrut xətləri üzrə sürücülərin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirildiyindən sürücülərin iş və istirahət vaxtları ilə bağlı məsələlər də məhz onlar tərəfindən tənzimlənir.
Nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərində sürücülərin iş və istirahət saatlarına əməl edilməsində hər hansı bir problem müşahidə edilmir. Lakin plan sistemi ilə fəaliyyət göstərən xətlərdə isə bu qaydalara riayət edilməsində ciddi çatışmazlıqlar mövcuddur”.
03.09.18