“Polietilen qablar və torbalar böyük problemdir. Nazirlik polietilen qabların əvəzinə kağız və parça materialların istifadəsini məsləhət görür. Bu qablar hər birimizə hiss olunmadan zərər vurur. Mağazalarda təklif edilən məhsulların demək olar, 99 faizi polietilen və plastik qablaşdırmadır”.
APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.
O bildirib ki, artıq konteynerlər sifariş olunub:
“Konteynerlərin Bakı, Sumqayıt və Gəncədə yerləşdirilməsi üçün məktublar göndərilib. Müəyyən məsələlər dövlət səviyyəsində həllini tapmalıdır. Əhali bu təhlükənin real olmasını bilərək düşünməlidir. Hər bir xanım öz çantasında parçadan olan torba apara bilər. Alış-veriş edərkən kağız və şüşə qablaşdırmaya üstünlük verə bilərik”.