Türkiyə Ali Seçki Komissiyası iyunun 24-də keçirilən növbədənkənar prezident və parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, seçkinin yekun nəticəsinə əsasən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 50 milyon 68 min 627 seçicidən 26 milyon 330 min 823-nün (52,59%) səsini alıb.
Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi Məhərrəm İncə 15 milyon 340 min 321 (30,64%), Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 4 milyon 205 min 974 (8,40%), İYİ Partiyanın namizədi Meral Akşener 3 milyon 649 min 30 (7,29%), Səadət Partiyasının namizədi Təməl Karamollaoğlu 443 min 704 (0,89%), Vətən Partiyasının namizədi Doğu Perinçek 98 min 955 səs (0,20%) alıb.
Parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası parlamentdə 295, Milliyətçi Hərəkat Partiyası (MHP) 49, HDP 67, CHP146, İYİ Partiya 43 yer qazanıb.