İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) digər ölkələrin neft nəqli üçün Hörmüz boğazından istifadəsinə qadağa qoya bilər.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İİKK-in rəis müavini İsmayıl Kövsəri bəyan edib.
“ABŞ İran neftinin ixracına imkan verməsə biz neftin dünya ölkələrinə Hörmüz boğazı vasitəsi ilə çatdırılmasına imkan verməyəcəyik”, deyə İ. Kövsəri bildirib.