Sentyabrın 23-də Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” marionet tamaşası təqdim ediləcək.
Teatrdan 525.az-a verilən məlumata görə, tamaşa Üzeyir Hacıbəyliyə həsr ediləcək X Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq.
Tamaşanın quruluşçu-rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Tərlan Qorçudur.
Marionet tamaşası bir çox sevimli müğənni və aktyorlarımızın 1989-cu ildə lentə alınmış bənzərsiz ifası ilə səsləndirilir.