|
|
|
|
Tanınmış jurnalist-publisist Ramilə Qurbanlının yeni kitabı çap olunub.
"Müharibə miniatürləri" adlı kitab Qarabağ müharibəsindən bəhs edir. Kitabda ayrı-ayrı, amma bir-biri ilə bağlı real həyat hadisələri təsvir olunub.
"Kitabda müharibənin insan həyatında buraxdığı izlərdən, insan psixologiyasına təsirindən yazmışam. Başqa sözlə, o hadisələri təsvir etdim ki, orda bu həqiqətlər öz əksini tapır. Məhz həqiqətlər!", - deyə müəllif bildirib.
Uzun illərdir, mətbuatda hekayələr, reportajlar, publisistik materiallarla çıxış edən Ramilə Qurbanlı, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun aparıcı məsləhətçisi, Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü, həmçinin,"33 pərdəli dram", "Leyla Bədirbəyli","Lütfəli Abdullayev", "Əliağa Ağayev", "Ələsgər Ələkbərov" kitablarının müəllifidir.
ŞAHANƏ