https://525.az/img/pics/medium/2024-04/311725_9vr2bm0uzq.jpg Türkiyədə İŞİD əməliyyatı - 38 şübhəli saxlanıldı
https://525.az/img/pics/medium/2024-04/311719_l84nsathaw.jpg Yollarda görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Mülki əhalimiz demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir - Hikmət Hacıyev
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
search
28 Aprel 2024
27 Aprel 2024

İdmançımız III Dünya Köçəri Oyunlarında qızıl medal qazandı

İdmançımız III Dünya Köçəri Oyunlarında qızıl medal qazandı

Azərbaycan idmançısı Cəlal Süleymanov (60 kq) Qırğızıstanın ev sahibliyi etdiyi III Dünya Köçəri Oyunlarında milli güləş növü üzrə yarışda qızıl medal qazanıb.

Finala vəsiqə uğrunda qazaxıstanlı rəqibinə qalib gələn Cəlal Süleymanov bu gün keçirilən həlledici görüşdə Qırğızıstan təmsilçisini məğlubiyyətə uğradaraq qızıl medala sahib olub.

Qızıl medalı güləşçimizə III Dünya Köçəri Oyunlarına Azərbaycandan qonaq kimi dəvət edilən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli təqdim edib.

Azərbaycandan dəvət olunan nümayəndə heyətinin digər üzvləri - Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov da fəxri kürsüdə yer alan idmançılara medallar təqdim ediblər.

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev də yarışları izləyirlər.

Beləliklə, Azərbaycan milli komandası III Dünya Köçəri Oyunlarında qazandığı medalların sayını 14-ə çatdırıb. Medalların 1-i qızıl, 5-i gümüş, 8-i bürüncdür.

AzərTAc

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.