Fransanın daxili işlər naziri Jerar Kollon ölkə prezidenti Emmanuel Makrona öz istefası barədə ərizə yazıb.
Trend-in "Figaro" qəzetinə istinadən verdiyi məlumata görə, prezident E.Makron nazirin istefasını qəbul etməkdən imtina edib və onu vəzifəsində saxlayıb.
Qeyd edək ki, 2001-2017-ci illərdə Lion şəhərinin meri vəzifəsində çalışan 72 yaşlı nazir sentyabr ayında bildirmişdi ki, "əgər onda ciddi xəstəlik tapılmasa", "çox güman ki", 2020-ci ildə yenidən şəhər meri vəzifəsinə namizədliyini irəli sürəcək.