
Keniyada təxminən 2 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 188-ə yüksəlib.
525.az xəbər verir ki, Keniya hökumətindən verilən açıqlamada daşqınların yaratdığı dağıntılarla bağlı yenilənmiş məlumatlar paylaşılıb. Açıqlamada təxminən 2 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 188-ə yüksəldiyi bildirilib.
Qeyd edək ki, ölənlərdən 37-nin uşaq olduğu, 90 nəfərin isə itkin düşdüyü vurğulanıb.
Məhəmməd Tağıyev



