
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş jurnalistlərin işlərini görərkən həyatlarını riskə atdıqlarını və Qəzzada İsrail ordusu tərəfindən öldürülən jurnalistlərin sayından dəhşətə gəldiyini bildirib.
525.az xəbər verir ki, Quterreş Dünya Mətbuat Azadlığı Günü münasibətilə videomüraciət yayıb. Dünyanın görünməmiş ekoloji fəlakət yaşadığına diqqət çəkən Quterreş, bunun həm indiki, həm də gələcək nəsilləri təhdid etdiyini bildirib.
Quterreş: "Mətbuat azadlığı mühasirədədir. Ekoloji jurnalistika getdikcə təhlükəli peşəyə çevrilir. Qəzzada İsrail ordusu tərəfindən öldürülən jurnalistlərin sayının çox olması isə məni dəhşətə gətirir. Mətbuat azadlığı olmadan azadlıq yoxdur", - deyib.
Məhəmməd Tağıyev



