Dünən Azərbaycan Milli Kitabxanasında görkəmli teatrşünas, Əməkdar mədəniyyət işçisi Turan Cavidin anadan olmasının 95 illiyi münasibətilə kitab sərgisi açılıb.
"Turan Cavid-95" adlı sərgidə müəllifin əsərləri, redaktoru olduğu, rəy verdiyi, ön söz yazdığı, haqqında yazılan kitablar və dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
ŞAHANƏ