|
|
|
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 18:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan məlumata görə gərginlik davam edir.
Sürüşmə kütləsi üzərində qismən dəyişiklik baş verib.
Sürüşmə kütləsi üzərində asılı vəziyyət də olan torpaq kütlələrində xırda uçqunlar baş verir.