|
|
|
|
YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin dəstəyi ilə baş tutan görüşdə dünyada baş verən müxtəlif təlatümlü proseslər fonunda gənclərin informasiya texnologiyalarının verdiyi imkanlardan səmərəli istifadəsinin vacib məqamlarından söhbət gedib, geopolitik maraqların toqquşmasından doğan qlobal informasiya savaşının müasir cəmiyyətlərdə doğurduğu təzahürlə, o cümlədən, informasiya təhlükəsizliyi məsələlərinə toxunulub.
Eyni zamanda qeyd olunub ki, internet medianın inkişafı onun istifadəçiləri üçün faktiki sonsuz imkanlar yarada bildiyindən, gənclərin medianın, sosial şəbəkələrin imkanlarından milli maraqlarımızın qorunması və şəxsi inkişafları naminə səmərəli istifadəsi mühüm əhəmiyyət kəsb edir; bu xüsusda, imkanlardan uğurla faydalanmaq üçün gənclərin maarifləndirilməsinə və onların şəxsi bilik səviyyələrinin artırılması vacib şərtdir.
Zakir MURADOV
Gəncə