Bakı Kitab Mərkəzində uşaqlar üçün məşhur Meksika teatrının tamaşası göstəriləcək.
525.az-ın məlumatına görə, Meksikanın məşhur “Arte Factum” teatrı Bakı Kitab Mərkəzində gənc tamaşaçılar üçün “Opossumun nağılları" adlı tamaşasını təqdim edəcək.
Meksikanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil olunan tamaşa noyabrın 4-də, saat 15:00-da Bakı Kitab Mərkəzinin uşaq guşəsində göstəriləcək.
Giriş sərbəstdir.