|
|
|
|
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Naxçıvan Bölməsinin kolleksiyası mühafizə olunur.
Mərkəzi Elmi Kitabxanadan verilən məlumata görə, kolleksiyadakı sənədlər tam şəkildə kitabxananın elektron kataloquna (Vahid İdarəetmə Sistemi) daxil edilib.
Eyni zamanda, kolleksiya rəqəmsallaşdırılaraq kitabxananın “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması” adlı layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında yerləşdirilib.
Kolleksiyaya tarix, arxeologiya, ədəbiyyat, incəsənət, siyasət, din və başqa elm sahələrinə aid sənədlər daxildir. Bundan başqa, kolleksiyada ensiklopediyalar və bir sıra qədim dil abidələrinin mətnlərinə dair nəşrlər də var.
Qeyd edək ki, oxucular Mərkəz Elmi Kitabxanada sözügedən kolleksiya ilə tanış ola bilərlər.
CEYHUN