Məlum olduğu kimi, fevralın 5-6-da Şamaxı, İsmayıllı, Lerik və Ağsu rayonları ərazisində zəlzələ baş verib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, zəlzələ nəticəsində rabitə sisteminə heç bir ziyan dəyməyib:
"Adıçəkilən rayonlarda rabitənin işində problem yaranmayıb.
Hazırda Şamaxı, İsmayıllı, Lerik və Ağsu sakinləri rabitə və internet xidmətləri ilə tam təmin edilib".