Qazaxıstanın rəqəmsal inkişaf, müdafiə aviasiya sənayesi naziri Askar Jumaqaliyevin başçılıq etdiyi nümayəndə heyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki Yüksək Texnologiyalar Parkında olub.
Nazirlikdən verilən məlumata görə, görüş zamanı Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli qonaqlara parkın fəaliyyəti, İnnovasiyalar Agentliyinin gələcək fəaliyyəti və “Falcons Summit” haqqında məlumat verib.
Tədbirdə Azərbaycandakı “Huawei”, CISCO, “Oracle”, “Lenovo”, “BestComp Group” kimi beynəlxalq şirkətlər iştirak edib və əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
CEYHUN