ABŞ Prezidenti Co Bayden Rusiya ərazisində bəzi Amerika silahlarının Ukrayna tərəfindən istifadəsinə icazə verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerikanın CNN kanalına danışan adı açıqlanmayan iki ABŞ rəsmisi izah edib ki, Baydenin Ukraynaya “ictimaiyyətdən gizli” verdiyi silahlardan istifadəyə icazə verilməsi Amerikanın uzun müddətdir davam edən siyasətində qismən dəyişiklik deməkdir.
Xəbərə görə, Bayden Amerika silahlarının Rusiya ərazisində istifadəsinə qarşı çıxdığı halda, bu siyasətini qismən dəyişərək Kiyev rəhbərliyinə yalnız Rusiyanın son zamanlar hücumlarını intensivləşdirdiyi Xarkov bölgəsində istifadə edilməsinə icazə verib.
Bununla da, Ukrayna ordusu sərhəddəki Xarkov bölgəsində ABŞ istehsalı olan silahlardan istifadə edə biləcək.
Qeyd edək ki, Ukrayna administrasiyası Rusiyanın hücumlarını gücləndirdiyi Xarkovda müdafiə zəifliyini aradan qaldırmaq üçün Amerika administrasiyasından bu bölgədə ABŞ istehsalı olan silahların istifadəsinə icazə istəmişdi.
Malik Atilay