Niderland Müdafiə Nazirliyi bir sıra mülki hava limanlarından istifadə imkanlarını araşdırır.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə nazirliyin press-relizində deyilir.
Qeyd olunub ki, söhbət Elde, Lelistad və Tvente hava limanlarında qırıcı təyyarələrin yerləşdirilməsindən gedir.
“Gərgin beynəlxalq vəziyyətə görə qarşıdakı illərdə orduya daha çox yer lazım olacaq”, - məlumatda vurğulanıb.
Rotterdam və Maastrixt hava limanları kifayət qədər sıx hava nəqliyyatı səbəbindən bu planlardan çıxarılıb.
Nazirlik həmçinin Leuvarden, Volkel, Voynsdrext və ya Eyndhovendəki mövcud hava bazalarını genişləndirə bilər. Bundan başqa, əvvəllər bağlanmış De-Pel hərbi aerodromu da fəaliyyətini bərpa edə bilər.