Meksikanın Gerrero ştatında merliyə namizəd seçki kampaniyası zamanı silahlı hücum nəticəsində həlak olub.
525.az xarici mediaya istinadən xəbər verir ki, Koyuka de Benites şəhərinin merliyə namizədi Xose Alfredo Kabrera Barrientos Kosta Qrande bölgəsində seçicilərlə görüşüb.
Barrientos tərəfdarlarını salamlayarkən hücuma məruz qalıb və hadisə yerində ölüb. Merliyə namizəd öldürən şübhəli polis tərəfindən ərazidə zərərsizləşdirilib.
Guerrero qubernatoru Evelin Salqado Barrientosun öldürülməsinə reaksiya göstərərək: "Biz bu qorxaq hücumun dərhal üzə çıxarılmasını və bunu edənlərin cəzasız qalmamasını istəyirik", - deyib.
Kameraya düşən görüntülərdə Barrientosun ictimaiyyətlə danışarkən arxadan ona yaxınlaşan naməlum şəxsin hücumuna məruz qaldığı məlum olub.
Qeyd edək ki, "Data Civica" qeyri-hökumət təşkilatının məlumatına görə, 2023-cü ilin sentyabrından Meksikada 30 siyasətçi öldürülüb.
Malik Atilay