2019-cu ilin birinci rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 58 988 vətəndaş müraciətini cavablandırıb.
Nazirlikdən verilən məlumata görə, müraciətlərin 28 262-si məktub, ərizə ilə, elektron qaydada, 27 378-i 142 - Çağrı mərkəzi, 1180-i iş telefonları, 2168-i sosial şəbəkələr vasitəsilə edilib.
Nazirliyin rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilən vətəndaşların sayı isə 7 266 nəfər olub. Onlardan 200 nəfəri, o cümlədən, bölgələrdə qəbullar zamanı 85 nəfərnazir tərəfindən qəbul edilib.
Vətəndaşların nazirliyə etdikləri, həmçinin, fərdi qəbullar zamanı müraciətlər bu və ya digər sosial təminat növünə hüququn müəyyən olunması, əmək hüquqları, tibbi-sosial ekspertiza və reabilitasiya, elektron xidmətlərdən istifadə, aktiv məşğulluq tədbirlərinə, o cümlədən, özünüməşğulluq proqramına cəlb olunma və s. kimi aidiyyəti məsələlərlə bağlı olub.
Hər bir müraciətin qanunvericiliyin tələbləri əsasında cavablandırılması, sorğu xarakterli müraciətlərlə əlaqədar aydın şəkildə izahatlar verilməsi təmin edilib.
C.ABASOV