"Azərbaycanda qəzalı məktəb problemi həll ediləcək".
ONA-nın xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
Ümumtəhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi tədbirlərinin davam etdirildiyini vurğulayan C. Bayramov bildirib ki, 2003-2018-ci illərdə ölkədə 2200-dən çox məktəb binası tikilib və əsaslı təmir edilib.
Nazir qeyd edib ki, nəticədə 2 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
C. Bayramov bu istiqamətdə tədbirlərin bu il də davam etdiriləcəyini bildirib.