|
|
|
|
Ukraynanın xarici işlər naziri Pavlo Klimkin "siyasi məzuniyyət"ə getdiyini açıqlayıb.
APA-nın xəbərinə görə, ukraynalı nazir bu barədə “Facebook” səhifəsində videoçıxış paylaşıb.
“Ali Radanın mənim istefamla bağlı necə və nə zaman qərar verməsindən asılı olmayaraq, mən məzuniyyətə getməyi qərar aldım. Düşünürəm ki, bu, doğru və ədalətlidir. Bu, adi məzuniyyət deyil, siyasi məzuniyyətdir. Çünki mən yarı güclə işləyə bilmirəm, indi həqiqi siyasi komanda yaratmağın vaxtıdır”, deyə Klimkin çıxışında bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Ukrayna prezidenti Vladimir Zelenski nazir Klimkini Rusiya XİN-in notasına cavabı ilə bağlı tənqid edib və bildirib ki, Klimkin bu məsələni onunla müzakirə etməyib.