|
|
|
|
AMEA İnformasiya Texnologiyaları İnstitutunda biometrik texnologiyalar, proqram mühəndisliyinin nəzəri əsasları və proqram sistemlərinin keyfiyyət göstəricilərinin araşdırılması üzrə tədqiqatlar aparılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu barədə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi şöbənin hesabatı ilə bağlı çıxışında məlumat verib.
O bildirib ki, cari ildə şöbədə proqram mühəndisliyinin nəzəri əsasları və proqram sistemlərinin keyfiyyət göstəricilərinin araşdırılması istiqamətində “Soft Computing” texnologiyaları əsasında metod və modellər işlənilib. Həmçinin insanın əl damarlarının izləri əsasında tanınması üçün metod və alqoritmlər hazırlanıb. İnsanın əl damarlarının izlərinin skelet şəklinin alınması üçün alqoritm və proqram yaradılıb.