|
|
|
|
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin daxil olduqları təhsil müəssisəsinə qeydiyyatı sabah başa çatacaq.
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 23-dən 29-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.