|
|
|
|
Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani ATƏT-in Baş katibi Tomas Qremingerlə görüşüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xarici işlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, tərəflər Gürcüstanın işğal olunmuş ərazilərində vəziyyəti müzakirə ediblər.
Gürcüstan XİN başçısı T. Qremingerə ATƏT-in Cenevrə Beynəlxalq Müzakirələrdə fəal iştirakına görə təşəkkür edib. Nazir həmsədrlərin yerlərdə vəziyyətin daha da kəskinləşməsinin qarşısını almağa əhəmiyyətli dərəcədə töhfə verdiyini qeyd edib.