Azərbaycanın Energetika naziri Pərviz Şahbazov “Türk axını” qaz boru kəmərinin açılış mərasimi çərçivəsində Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz ilə görüşüb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Türkiyədə təbii qaza tələbatın ödənilməsində TANAP və “Türk axını” kəmərlərinin əhəmiyyəti qeyd edilib. 2019-cu ildə Türkiyəyə 27,3 faiz çox Azərbaycan təbii qazının nəqli yüksək qiymətləndirilib.
Söhbət zamanı ikitərəfli və regional enerji əməkdaşlığına dair məsələlər müzakirə edilib. Həmçinin bərpaolunan enerji sahəsində təcrübə mübadiləsinə dair məsləhətləşmələr aparılıb.