Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən növbədənkənar iclasında bir sıra mühüm məsələlər müzakirə edildi.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xarici İşlər nazirinin müavini Ramiz Həsənov bildirib.
Nazir müavini qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunduğu iclasda üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, Türk Şurası ilə əməkdaşlıq etmək istəyən ölkələrlə bağlı məsələ ətrafında fikir mübadiləsi aparıldı.