Azərbaycanda parlament seçkiləri müvafiq səviyyədə keçir.
Secki-2020.az saytının xəbərinə görə, bunu Rusiyadan müşahidəçilər missiyasının üzvü Yelena Brızqalina deyib. O, seçkilərin yaxşı təşkil olunduğunu deyib: “Komissiyalar çox dəqiq işləyir. Hava şəraiti yaxşı deyil, amma mən ümid edirəm ki, bu insanlara seçki məntəqəsinə gəlməyə və seçdikləri namizədə səs verməyə mane olmayacaq”.