Martın 10-da Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov vətəndaşlar və Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçirib.
Vətəndaşlarla qəbul zamanı Qarabağ müharibəsi veteranı, II və III qrup əlilləri, şəhid ailələri, təqaüdçülər və Ağdam rayon məcburi köçkünləri öz problemlərini səsləndiriblər.
Vətəndaş problemlərinin həllinin araşdırılması aidiyyatı üzrə yerli icra nümayəndələrinə, bələdiyyə sədrlərinə və digər qurumlara yönləndirilib.
Ağsaqqallar Şurasının üzvləri ilə görüş zamanı rayonda baş verən proseslər müzakirə olunub və ümumi problemlər qeydə alınaraq həlləri haqqında fikirlər irəli sürülüb.
Qeyd edək ki, 5-9 mart 2020-ci il tarixlərində Neftçala Rayon İcra Hakimiyyətinə ümumilikdə 90-a yaxın müraciət daxil olub.
CAVİD