|
|
|
|
Türkiyə İsrailə etiraz edib.
525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazirin köməkçisi Bəkir Bozdağ İsrailin Berşeva şəhərindəki məscidin baxçasında keçiriləcək şərab festivalının dayandırılması üçün İsrail hökumətinə müraciət edib. Bozdağ müraciətində “Bu təxribatı dayandırın” deyərək kəskin narazılığını bildirib.
Osmanlı dövründən qalan məscid İsrail hökumətinin göstərişiylə muzeyə çevrilib. Sabah burda keçiriləcək festivala isə müsəlmanların etirazı kəskinləşir.
Bəkir Bozdağ son dəfə yəhudi hökümətinə müraciət edərək bildirib ki, dünyanın heç bir dini məbədində həmin dinin tərəfdarlarının qəbul etməyəcəyi işlər görmək o dinə inananlara böyük hörmətsizlikdir:
“Məscidin həyətində festival keçirəcəksiz və bunu bütün dünya görəcək. Bu, ağlasığmaz bir hərəkətdir. Sineqoqda yəhudilərin, kilsədə xristianların qəbul etməyəcəyi və onların lənətlədiyi bir iş baş verərsə xristian, yəhudi dostlarımız buna qarşı çıxmazlarmı?”.
Nazir köməkçisi festivalın baş tutacağı təqdirdə, İsrail hökumətinin də bu hörmətsizliyə ortaq olacağını bildirib:
“Ümid edirik ki, İsrail hökuməti bu hörmətsizliyin qarşısının alınması üçün lazım olan tədbirləri görəcək”.