"Koronavirusun geniş yayılan ölkələrin səhiyyə qurumlarının verdiyi məlumata görə, bu virusdan ən çox ölüm halı siqaret çəkənlər arasında olur”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında az sessiyasının qanunvericilik işlər planı ilə bağlı müzakirələr zamanı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.
Q. Həsənquliyev deyib ki, qanunvericilikdə siqaretin reklamı qadağan edilsə də, buna bir çox halda riayət olunmur. Millət vəkili qanunvericiliyin tələblərinə riayət edilməsi üçün Baş Prokuror Zakir Qaralova müraciət edib.