Polşanın Azərbaycandakı səfirliyi COVID-19 pandemiyası ilə əlaqədar müvəqqəti olaraq viza müraciətlərinin qəbulunu dayandırır.
APA-nın xəbərinə görə, bu barədə səfirliyin rəsmi "Facebook" səhifəsində məlumat verilib.
"Konsulluq və Polşa Diaspor Şöbəsi bildirir ki, 16 mart tarixindən etibarən 29 mart 2020-ci il tarixinə qədər koronovirus COVİD 19 təhlükəsi səbəbindən, müştərilərin və milli viza üçün müraciətlərin qəbulu dayandırılır.
Şengen vizası üçün müraciətlər yalnız təcili və əsaslandırılmış hallarda qəbul olunacaq (konsulun qərarı)", - deyə səfirliyin məlumatında qeyd olunub.