“Azərbaycana tövsiyə edirik ki, xəstəlik hallarının erkən aşkarlanmasına önəm versin, xəstəlik hallarının müalicəsini gücləndirsin”.
APA-nın xəbərinə görə, bunu ÜST-ün Azərbaycana hələn missiyasının rəhbəri Karolina Braun bildirib.
K. Braun bildirib ki, kooronavirus yeni virusdur, bütün dünya ölkələrində xəstələrin sayı çoxaldığından “COVİD 19” artıq pandemiya elan olunub: “Amma bu, bizim strategiyamızı dəyişməyib. “COVİD 19”un pandemiya elan olunmasıyla bütün ölkələrə çağırış edildi ki, onlar öz cəhdlərini səfərbər eləsinlər”.