Rusiya Türkiyəyə aviareysləri məhdudlaşdırır.
APA-nın xəbərinə görə, bu barədə “Rosaviasiya” məlumat yayıb.
Rusiya martın 23-dən Türkiyə ilə aviaəlaqəni məhdudlaşdıracaq. Yalnız İstanbula müntəzəm reyslər davam edəcək. Eyni zamanda rusiyalıların Türkiyədən gətirilməsi üçün çarter reysləri təşkil olunacaq.