Müxtəlif səbəblərdən əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün 2019-2020-ci tədris ilində təşkil edilən eksternat imtahanlarında ümumilikdə 752 nəfər iştirak edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, onlardan 457 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.