Azərbaycanda indiyədək ümumilikdə 10 991 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, onlardan 6075 nəfər müalicə olunaraq sağalıb, 133 nəfər vəfat edib, 4783 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.