|
|
|
|
“Mən deputat həmkarlarımdan xahiş edirəm ki, seçildiyi rayonlarda olan müəyyən problemləri tünd rəngdə Milli Məclisin tribunalarına daşımasınlar”.
Modern.az xəbər verir ki, bu fikri deputat Fəzail Ağamalı parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının dördüncü iclasında səsləndirib.
Onun sözlərinə görə, bu problemlərdən antimilli qüvvələr istifadə edə bilər:
“Yaxşı olar ki, deputatlar bu problemləri aidiyyəti qurumların qarşısında qaldırsınlar. Mən deputat həmkarlarımdan bunu xahiş etmək istəyərdim”.