11-ci sinif şagirdləri üçün 2-3 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün Naxçıvanda keçirilmiş qəbul) imtahanlarının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, bu imtahanlarında iştirakı nəzərdə tutulan 9180 nəfərdən 353 nəfər imtahana gəlməyib.