Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynanın Müstəqillik Gününü təbrik edib.
Bu barədə XİN "Twitter" səhifəsində qeyd edib.
"Ukraynanı Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirik.
İnanırıq ki, ənənəvi Azərbaycan və Ukrayna əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək.
Bu bayram günündə dost Ukrayna xalqına möhkəm cansağlığı, davamlı sülh və rifah diləyirik", XİN bildirib.