“Koronavirusa yoluxmuş insanların hərəkət marşrutunun və əlaqələrinin izlənilməsi üçün müxtəlif elektron tətbiqlərdən istifadə edilir”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, bu istiqamətdə digər təkmilləşmələr də aparılır.