“Müxtəlif ölkələrdə koronavirusa təkrar yoluxma halları var”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov bildirib.
A. Qurbanov deyib ki, birinci mərhələdə yüngül keçirənlərin ikinci mərhələdə daha ağır, ağır keçirənlərin daha yüngül keçirməsi barədə məlumatlar daxil olur:
“Ona görə də xəstəliyi necə keçirməsindən asılı olmayaraq, insanlar maska, sosial məsafə və gigiyenik təmizliyə diqqət yetirməlidir. Qorunma tədbiri həm xəsəliyi keçirənlərə, həm də keçirməyənlərə aiddir”.