Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin nümunəvi uçuşları başlayıb.
Uçuşlar Bakı şəhərinin daşnak-bolşevik işğalından azad olunmasının 102-ci ildönümünə həsr olunub.
***
Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.