|
|
|
|
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 215 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 41.519 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39.129 nəfər müalicə olunaraq sağalıb, 605 nəfər vəfat edib, aktiv xəstə sayı 1785 nəfərdir.
Ölkədə son sutka ərzində 5124, hazırkı dövrədək isə 1.162.062 test aparılıb.