https://525.az/img/pics/medium/2021-12/210659_3cefjpxi5a.jpg Xilas - Mahir Cavadlı yazır
https://525.az/img/pics/medium/2022-10/243033_wv3aoim4y6.jpg "Türkman", yoxsa "türkmən"? - Qəzənfər Paşayev yazır
https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Dövlət Neft Fondu hansı texnoloji şirkətlərə investisiya qoyub? - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-01/298153_e6snn5oqaj.jpeg Bədii nəsrimizin sönməyən ulduzu - İsi Məlikzadə - 90
search
3 May 2024

Gəncədə dağıntılar altından çıxarılanlardan 3-ü veteran futbolçudur

Gəncədə dağıntılar altından çıxarılanlardan 3-ü veteran futbolçudur

Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində zərərçəkmiş sakinlərdən 3-ü veteran futbolçudur.

Bu barədə "Report"a Azərbaycan millisinin və "Kəpəz"in sabiq yarımmüdafiəçisi Ceyhun Tanrıverdiyev məlumat verib.

Onun sözlərinə görə, Emin Mustafayev və Sahil Abdullayev hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıblar:

"Hər ikisinin evi pis vəziyyətə düşüb. Abdullayev ciddi xəsarət almasa da, Mustafayev uçqunun altında qalmışdı. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu dağıntıların altından çıxardılar. Hazırda hər iki şəxsin vəziyyəti yaxşıdır".

Tanrıverdiyev erməni təxribatı nəticəsində zərərçəkmiş digər veteran oyunçunun isə Samir Allahverdiyev olduğunu bildirib:

"Allahverdiyevin özünə heç nə olmayıb. Amma ailə üzvləri yaralanıblar".

Qeyd edək ki, hər 3 futbolçu vaxtilə "Kəpəz"in əsas heyətində oynayıb. Emin Mustafayev daha çox futzaldakı çıxışı ilə tanınıb. Sahil Abdullayev isə Gəncə klubu ilə yanaşı, "Şəmkir"in də formasını geyinib.

 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.