|
|
|
|
Erməni tərəfinin Xocavənd və Şuşanın Azərbaycan Ordusu tərəfindən yenidən atəşə tutulması ilə bağlı xəbəri tamamilə həqiqətə uyğun deyil.
Bu barədə 525.az-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturu atəşə tutmur.