Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramları və Təhsil Nazirliyinin müvafiq əmrlərin icrasına əsasən YUNESKO-nun “Təhsil hamı üçün” prinsipinin təbliği, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi üçün hüquqi maarifləndirmə sahəsində təlimçilərin hazırlanması məqsədilə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə noyabrın 5-də “Təhsil hamı üçün” onlayn platformada təlim keçirilib.
525.az xəbər verir ki, onlayn təlim RUGİM-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fidan Mikayılzadə və mərkəzin hüquqşunası Natiq Cəlilov tərəfindən aparılıb. Tədbirdə çıxış nitqi ilə hüquqşunas Natiq Cəlilov beynəlxalq təşkilatlarla, ictimaiyyətlə və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı, hüquqi maarifləndirmə, təhsil hüququ, informasiya əldə etmək hüququnun təmin edilməsi, insan hüquqları, əhali qruplarının hüquqlarının müdafiəsi barədə məlumat verib. RUGİM-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fidan Mikayılzadə çıxışında YUNESKO-nun “Təhsil hamı üçün” proqramının vacibliyini vurğulayıb.
Çıxışlardan sonra “Təhsil hamı üçün” adlı onlayn təlimdə “İnsan hüquqları” barədə videoçarx nümayiş olunub.
Ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən 50-yə yaxın Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin direktorları, mütəxəssisləri və əməkdaşlarının iştirakı ilə keçirilən “Təhsil hamı üçün” onlayn təlimin əsas məqsədi YUNESKO-nun “Təhsil hamı üçün” prinsipinin təbliği, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi üçün hüquqi maarifləndirmə sahəsində təlimçilərin hazırlanmasımdan ibarət olub.
“Təhsil hamı üçün” onlayn platformada təlim keçirildi