Fransanınn "Le Monde" qəzeti bu gün Dağlıq Qarabağ gedən döyüşlərdən reportaj hazırlayıb. Fransız jurnalistim reportajında qeyd edilir ki, Qarabağ münaqişəsinin açarı Şuşa döyüşü ən şiddətli məqamına çatmaqdadır:
"Azərbaycan gücləri 27 sentyabr hücumunun əsas məqsədi olan tarixi şəhərə çatdılar. Orada döyüşlər onların xeyrinə davam edir. Şuşanın müdafiəçiləri paramparçadır. Hərbi təcili tibb maşınlarının arxasında üst-üstə yığılıb. Stepanakertə onlarla qanlar içində, son nəfəslərində olan yaralı əsgərlər gəlirlər. Digər erməni əsgərləri dağdan dəhşət və qorxu içərisində üzüaşağı düşürlər. Bir də döyüşə yenidən atılacaqları naməlumdur".
Bildirilir ki, yolboyu snayper və artileriya atəşləri altında erməni əsgərlərin tələm-tələsik tərk etdikləri əsgər əşyaları gözə dəyir: ",Bu darmadağın olunma gününə çox bənzəyir. Stepanakertdə hakimiyyətin inkar etməsinə baxmayaraq, 6 noyabr cümə günündən etibarən döyüş azərbaycanlı güclərin xeyrinə dönməyə başlayıb.
Bir həftədir azərbaycanlı güclər Şuşanın bir top atışı məsafəsində olan qapılarına dirəniblər.
Əsas cəbhə Daşaltı kəndinin yuxarı meşələrində donub qalıb, orada döyüşlər çox sərt şəkildə baş verib.
Üç gün ərzində azərbaycanlı xüsusi təyinatlı qüvvələr Şuşaya aparan yola şəhər müdafiəçilərinin gücünü yoxlamaq üçün gecə basqınları ediblər. Məhz bu hücumlara görə Xankəndini İrəvana bağlayan əsas yol 4 noyabrdan etibarən bağlanıb. Bu şəhər hər iki icma tərəfindən Qarabağın Qüdsü (Yerusəlim) hesab edilir və dini-siyasi simvolu/rəmzi çox böyükdür, digər tərəfdən bu şəhər Xankəndinə baxan və nəzarət edən stratejik əhəmiyyətini qoruyur.
"Azərbaycanlılar Şuşaya çatıblar, küçələrdə kalaşnikovlarla döyüşlər gedir", bunu Xankəndində əlillər üçün arabada oturmaqdan imtina edən və ayağından yaralanan, bağırmamaq üçün çənəsini tutmuş əsgər deyir. Bu yaralı əsgərin ətrafında xaos hökm sürür. Bu ərəfədə sırf güllə ilə yaralanmış 7 nəfəri gətirən yük maşını gəlir.
Düzdür bomba zərbələri çox şiddətlidir, lakin yaralıların halı göstərir ki, əsasən qısa məsəfali üzbəüz döyüşlər gedir.
Təcili yardım maşınları saysız-hesabsız gediş-gəliş edirlər. Yaralı əsgərlər bir-birinin üzərinə qalaq-qalaq yığılıb".